“Bitcoin Cash” 33% artıb

“Bitcoin” bu il ərzində gündən-günə artaraq rekord həddinə çatıb. Belə ki, avqustun 1-dən ikiyə bölünən “Bitcoin”in digər yarısı “Bitcoin Cash”, bölünəndən bu yana 33% artıb.

Ayın əvvəlindən bəri 300 dollar səviyyəsində olan virtual pul, 700 dollar səviyyəsinə qədər yüksəlib. Beləliklə “Bitcoin Cash”, “Bitcoin” və “Ethereum”dan sonra ən çox ticarət edilən rəqəmsal pul olub.

Qeyd edək ki, “Bitcoin” isə 4100 dollardan yuxarı səviyyədə olarkən, “Ethereum”un qiyməti 300 dollar səviyyəsində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır