Koronavirus pandemiyası dövründə dünya bazarlarında baş verən köklü dəyişikliklər və istehlakçı vərdişlərində müşahidə olunan fərqliliklər Fransa hökumətini yeni addımlar atmağa təşviq edib. Bu addımlardan biri isə ən çox yayılan kriptovalyutalardan biri olan bitcoin kriptovalyutasının ölkədə ödəniş vasitəsi olaraq tanınması olub.
Belə ki, Nanterre Ticarət Məhkəməsi tərəfindən verilən qərar əsasında qəbul olunan qərara istinadən, artıq istənilən ticarət və ictimai iaşə müəssisəsində avro valyutası ilə yanaşı, bitcoin kriptovalyutası ilə ödəniş etmək imkanı yaradılacaq. Fransa hökuməti qısa müddət ərzində bu məqsədlə lazımi infrastrukturun hazırlanması üçün işlər görəcək. Bununla yanaşı, bir sıra maliyyə institutları vasitəçiliyi ilə istehlak krediti formasında bitcoin kreditlərinin verilməsi məsələsi də hazırda nəzərdən keçirilir.
Qeyd edək ki, cari dövrdə Almaniya, Hindistan və Cənubi Koreyada da qanunverici orqanlar sözügedən məsələni araşdırırlar.