Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bitcoin-in qiyməti 97 min dolları ötüb - BBN

Bitcoin-in qiyməti 97 min dolları ötüb

ABŞ-da yenidən prezident seçilən və rəqəmsal aktivlərə mülayim yanaşan Donald Trampa məxsus sosial media şirkətinin kriptovalyuta ticarət platforması Bakkt-ı alacağı ilə bağlı şayiələr yayılıb.Bu səbəbdən Bitcoin kriptovalyutasının qiyməti ilk dəfə olaraq 97 min dolları ötüb.

BBN.az xəbər verir ki, “Coinmarketcap” analitik şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 3,95 faiz artaraq 3,19 trilyon dolları keçib.

Seçki kampaniyası zamanı Tramp rəqəmsal aktivlərə dəstək verəcəyinə və ABŞ-ı “dünyanın kriptovalyutası mərkəzi” edəcəyinə söz vermişdi.

Bitkoinin qiyməti ilk dəfə 97 min dolları keçdiyi halda, kriptovalyutanın həftəlik dəyər qazancı 8,6 faizi keçib.

Bitkoinin qiyməti noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərindən sonra 40 faizdən çox artıb.

Bitcoin-in kriptovalyuta bazarındakı bazar payı 61 faizlə son üç ilin ən yüksək səviyyəsinə çatarkən, bu dəyər artımının digər kriptovalyutalara təsiri məhdud olub.

Bazar dəyərinə görə ikinci yerdə olan Ethereum da son 7 gündə 3 faizdən çox dəyər itirərək 3 min 125 dollara düşüb. Alternativ kriptovalyuta olan Solana 10,4 faiz artaraq 241 dolları keçib.

 

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı