“Bitcoin” qiyməti geriləyib

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutaların içində ən çox yayılanı və ən yüksək dəyərə malik olanı isə “Bitcoin” kriptovalyutasıdır. 2009-cu ildə Satoşi Nakomoto tərəfindən ilk dəfə yaradılan “Bitcoin” kriptovalyutası artıq bir çox ölkələrin diqqətini cəlb edib. Ümumilikdə isə, “bitcoin” ilə bağlı yanaşmalar fərqlidir.

“Rəqəmsal qızıl” adlandırılan bu valyutanın dəyəri bu yaxınlarda 47 min dollar səviyyəsindən 44.4 min dollara enib. Hazırda, 45.3 min dollar səviyyəsində əməliyyat görən “Bitcoin” 4%-ə yaxın geriləməyə məruz qalıb. Geriləmənin əsas səbəbi kimi, Qərb ölkələrinin Rusiyaya davamlı sanksiyalar tətbiq etməsi göstərilir.

Konqress kitabxanası tərəfindən tərtib edilən “Regulation of Cryptocurrency Around the World 2021” araşdırmasına istinadən, hazırda 50-dən çox ölkə kriptovalyutalara qadağa və ya məhdudlaşdırma tətbiq edilməsinə baxmayaraq, beynəlxalq investisiya bankı olan “Goldman Sachs” sözügedən kriptovalyuta ilə bağlı müsbət proqnozlar verib. “Goldman Sachs” son bir ayda 17.85%  dəyər itirən “bitcoin” kriptovalyutasının qiymətinin illik 17-18% artımla 2027-ci ilədək 100 min dolları ötəcəyini proqnozlaşdırıb.

Related posts

Bu günün valyuta məzənnələri-23.12.2024

Bu günün valyuta məzənnələri-20.12.2024

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı