Bitcoin qorxusu FED-ə sıçrayıb

Bu gün 1 ədədi 11 min dolları aşaraq yeni tarixi rekord qıran Bitcoinin dollar və qızıla rəqib ola biləcəyi yönündə müxtəlif fikirlər var.

Bu fikirlər üzərinə New York FED rəhbəri William Dudley açıqlama verib. O bildirib ki, Bitcoin hazırda dollar üçün rəqib deyil. W.Dudley deyib ki, Bitcoin hazırda daha çox spekulyativ bir məşğuliyyətdir. Ancaq FED rəhbəri həmçinin, deyib ki, FED öz rəqəmsal pul vahidini yaratmağı da düşünür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır