Bitcoinlə maaş dövrü başlayıb

Bitcoin qiymətləri son günlərdə raket sürətilə yüksələrkən, ekspertlər ard-arda açıqlamalar verirlər.

Noyabr ayının ortasında 6 min dollara qədər qalxan Bitcoin, hazırda 16 min dollar sərhəddində dayanaraq bazarda 15 min 981 dollara satılır. Rəqəmsal pul vahidinin qiyməti dünən 19 min dollara qədər yüksəlib.

Türkiyədə konfransda çıxış edən “Bitcoin Foundation”un direktoru Jon Matonis dollar və avro kimi pulların əhəmiyyətini itirdiyini vurğulayıb. Jurnalistlərin “Maaşınızı hansı pulla alırsınız?” sualına direktor belə cavab verib: “Bu işi əyləncə kimi edirəm, amma “Bitcoin Foundation”da bütün gün işlədiyim vaxtda da maaşımı Bitcoin ilə alırdım”.

J. Matonis, həmçinin, qeyd edib ki, bir neçə il əvvəl 10 000 Bitcoinə 1 pizza ala bilərdinizsə, bu gün 1 Bitcoin ilə maşın ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır