Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 823.6 milyon manat təşkil edib.
Bunun da 793.4 milyon manatı heyvandarlıq, 30.2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
2017-cı ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4.2 %, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2.8 %, bitkiçilik məhsullarının istehsalı isə 63.2 % artıb.