Bitkoindən blokçeynə, əsas kriptovalyuta terminləri və onların mənaları

Kriptovalyuta şirkəti FTX-in müflis olması və rəhbəri, “kripto kral”ı hesab edilən Sam Bankman-Fried-ın Baham adalarında həbs edilməsi bu sektoru yenidən gündəmə gətirib. Lakin bir çoxları üçün kriptonun dili – bitkoin, blokçeyn, kripto dəyişdirmə və s. çətin olaraq qalır. Gəlin, onlara nəzər salaq.

  • Bitkoin (Bitcoin) – rəqəmsal valyutanın bir növüdür. Dollar, avro və s. kimi rəqəmsal valyutaların da müxtəlif növləri var. Digər populyar növləri isə Ethereum və Dogecoin-dir. Lakin fərq ondan ibarətdir ki, rəqəmsal valyutaları nəzarətdə saxlayan maliyyə institutu yoxdur və onun qiyməti alış və satışdan asılı olaraq dəyişkən ola bilir. 
  • Blokçeyn (Blockchain) bütün rəqəmsal valyutaları dəstəkləyən texnologiyadır. Kriptoların bütün alış, satış, ticarəti özünün virtual xanasında yazılır və birlikdə əlaqəli şəkildə nəhəng bir şəbəkə yaradır. Başqa sözlə, kompüter proqramından istifadə etməklə hər kripto tranzaksiyası blokçeyndə qeydə alınır. Bu datalar isə maşın, şəbəkə və şirkət tərəfindən saxlanılmır, bu isə sektora maliyyə nəzarətinin olmamasından qaynaqlanır. Nəticədə isə bu informasiyalar hər kəsə açıq olur. 
  • Kriptovalyutalar (Cryptocurrency) – Blokçeyndə mövcud olan Bitkoin kimi rəqəmsal valyutalar üçün istifadə edilən termindir.
  • Kripto dəyişdirmə (Crypto exchange) – rəqəmsal platformadır və burada investorlar kriptovalyutaları alıb, sata və ticarəti ilə məşğul ola bilərlər. Ənənəvi investisiyada olduğu kimi insanlar ənənəvi valyutaları rəqəmsala, rəqəmsalı isə ənənəviyə transfer edə bilərlər. Lakin tranzaksiyaların çoxu zamanı cərimə tətbiq ediləcək. 
  • Kripto cüzdan (Crypto wallet) –  Kripto cüzdan isə o yerdir ki, burada investorlar özlərinin kriptovalyutalarını saxlayırlar. Onun da isti və soyuq cüzdan olmaqla 2 növü vardır. İsti cüzdan intenet ilə bağlıdır və buna görə də tez transfer və asan əlçatanlığa malikdir. Soyuq cüzdan isə oflayn imkanlar təklif edir, daha təhlükəsiz və uzunmüddətli saxlanma hesab edilir. Mənbə: BBC Business

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı