Bitkoinin dəyəri 0.7% azalıb

Bloomberg tərəfindən verilən  məlumata görə, Bitkoinin dəyəri 0.7% azalıb.BitStamp qiymətlərinə görə isə, Ethereum 3.2% artaraq 834 dollara çatıb.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Ripple 0.9 % azalaraq 90 sentə, Litecoin isə 0.13% azalaraq 193.83 dollara çatıb. Bitkoin qiymətləri 4% azalaraq 9.852 dollara və 9.966 dollar arasında əməliyyat görüb.

Qeyd edək ki, Bitkoin keçən həftə 2.4, bu həftə isə 31 % dəyər itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır