Home » Biznes biliklərinizi təlimlərdə iştirak etməklə artırın

Biznes biliklərinizi təlimlərdə iştirak etməklə artırın

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərini, startapları və biznesə başlamaq istəyən şəxsləri iyun ayında keçiriləcək ödənişsiz təlimlərdə fəal iştiraka dəvət edir. Peşəkar təlimçi-ekspertlər tərəfindən keçirilən təlimlər biznes fəaliyyəti ilə bağlı zəruri mövzuları əhatə etməklə, yerində və onlayn formatda təşkil olunur. 

Sahibkarlar və biznesə başlamaq istəyənlər ehtiyacları olan təlimlər üçün KOBİA-nın Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzlərinə (KOBİM) müraciət edə bilərlər.

İyun ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən (https://bit.ly/3yekQAW) və ya KOBİM-lərin vahid internet saytından – www.kobim.az əldə etmək olar.

Qeyd edək ki, may ayında KOBİM-lər tərəfindən minə yaxın sahibkarlıq subyektinin və biznesə başlamaq istəyən şəxslərin iştirakı ilə 100-dən çox təlim keçirilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.