Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Biznes ictimaiyyəti ilə görüşlər keçirilir - BBN

Biznes ictimaiyyəti ilə görüşlər keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2026-cı ilin büdcə-vergi siyasəti çərçivəsində vergi və sosial sığorta qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərlə bağlı sahibkar birlikləri və assosiasiyaları, ictimai birliklər, ticarət palataları, eləcə də digər vergi ödəyici qruplarının məlumatlandırılması məqsədilə mütəmadi görüşlər keçirir.

Bu çərçivədə DVX-nin Vergi siyasəti baş idarəsinin əməkdaşları “Deloitte & Touche” MMC tərəfindən keçirilmiş İllik Vergi Konfransında, Alman – Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə təşkil edilmiş müzakirə sessiyasında, Britaniya – Azərbaycan Ticarət Palatasının (BCCA) təşkilatçılığı ilə keçirilmiş informasiya sessiyasında və Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) tərəfindən təşkil olunmuş görüşdə iştirak ediblər. Tədbirlər zamanı DVX nümayəndələri tərəfindən növbəti il üçün vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərə dair təqdimatlar nümayiş etdirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Tramp tarifləri bərpa etmək üçün alternativ yollar axtarır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı