Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib - BBN

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib

Sentyabrın 25-də Daxili İşlər Nazirliyində Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib.

“Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyevin iştirakı ilə keçirilən iclasda işçi qrupun 2024-cü il üçün Fəaliyyət Planının 3-cü bəndinə əsasən, texnoloji risk kimi kibertəhlükə, xüsusən onun təzahür əlamətləri kimi kibermüharibə, kibercasusluq və kibercinayətkarlıq məqsədilə kiber silah və vasitələrdən istifadə olunması məsələləri müzakirə olunub. Qaldırılan məsələlərin metodoloji əsasının Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatından irəli gəldiyi qeyd edilib.

İclasda Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin şöbə rəisi Hikmət Məmmədovun, İşçi qrupunun üzvləri – maliyyə Monitorinqi Xidmətinin Risklərin qiymətləndirilməsi və metodologiya şöbəsinin rəisi Əmrah Rəhmanovun, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin Maliyyə-bank və rəqəmsallaşdırma sektorunun müdiri Mehdi Həsənovun, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulovun məruzələri dinlənilib.

İclasın yekununda İşçi qrupunun üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim olunması məqsədilə gündəlikdə duran məsələyə dair təkliflərin İşçi qrupunun katibinə bildirilməsi ilə bağlı qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupuna rəhbərliyi Daxili İşlər Nazirliyi həyata keçirir.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı