Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində təlimlər keçirilir - BBN

“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində təlimlər keçirilir

“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində qadın sahibkarlar üçün təlimlər davam edir. Sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 qadın sahibkar üçün fevral ayında “Bakı KOB evi”ndə müxtəlif mövzularda təlimlər təşkil olunub.

Bu təlimlər “Biznes psixologiyası”, “Şirkətin inkişafında sistemləşmə və markalaşmanın önəmi”, “Biznes planın hazırlanması və investorların cəlb olunması”, “Satış danışıqlarının aparılması” mövzularını əhatə edib. Təlimçi-ekspertlər Zahid Adıgözəlov, Sakit Səmədov, Niyazi Abbasov və Azad Qəhrəmanovun iştirakı ilə keçirilmiş təlimlərdə müvafiq mövzularda məlumat verilib, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Növbəti mərhələdə layihə iştirakçısı olan qadın sahibkarların müxtəlif istiqamətlərdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüşləri təşkil ediləcəkdir.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası,  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol” MMC-nin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi ölkə iqtisadiyyatında qadın sahibkarların rolunun və işgüzar fəallığının artırılmasına dəstək olmaqdır. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı