Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bizneslər üçün rəqəmsal bankçılıq - BBN

Bizneslər üçün rəqəmsal bankçılıq

ABB Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün təlim təşkil edib. Dreamland Club-da keçirilən təlimə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də dəstək verib.

Tədbirə 30-a yaxın iş adamı qatılıb. İştirakçılar idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, rəqəmsal platformalardan istifadə imkanları, biznes fəaliyyətində qarşıya çıxan problemlərin həlli ilə bağlı məlumatlandırılıblar. Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidmətinin tətbiq etdiyi yeniliklər, rəqəmsal həllər barədə təqdimatlar olub.

Təlim iştirakçılarına ABB-nin bizneslər üçün nəzərdə tutulmuş rəqəmsal xidmət platformaları, o cümlədən İnternet Bank və ABB Business tətbiqi, Bankın kredit və qeyri-kredit məhsulları, maliyyə risklərinin idarə edilməsi məsələləri ilə bağlı ətraflı məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar qurmaq imkanı da qazanıblar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı