Bloomberg: 2023-cü il pessimist il olacaq

Sayılı günlərin qaldığı növbəti, yəni 2023-cü ilin pessimist il olacağı proqnozlaşdırılır. 

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, qarşıdakı ildə inflyasiya öz yerini stagflation-a verəcək.

Belə bir nəticəyə isə agentlik mütəxəssis və riteylər arasında apardığı sorğuya əsasən gəliblər. Stagflation isə inflyasiyanın orta göstəricidən yüksək olması və inkişafın azalması deməkdir. Bu isə ABŞ Mərkəzi Bankı (FED) da daxil olmaqla, dünyadakı digər ölkələrin Mərkəzi Bankları üçün kabus deməkdir, belə ki, bu halda onlar yüksək qiymətlərin qarşısını almaq üçün faiz dərəcələrinin artımı ilə üz-üzə qalacaqlar. 

Bir çox investorlar isə iqtisadi tənəzzülün olacağının xəbərdarlığını edirlər, nəticədə eyni zamanda iqtisadi göstəricilərin və qiymətlərin enməsi gözlənilir. Yeri gəlmişkən, mənzil bazarında da bir sıra risklər vardır. Qlobalda mənzilin qiymətlərinin 20% enməsi gözləniləndir. Bu aspektdən Kanada və Böyük Britaniya isə ən çox riskin olduğu ərazilər hesab edilir. 

Bloomberg-dən qeyd edilib ki, ümumilikdə bir məsələ aydındır ki, 2023-cü il pessimist il olacaq. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı