Hindistanın neft emalı zavodları Rusiya neftini aktiv şəkildə almağa davam edir və noyabr-dekabr aylarında da bu prosesi planlaşdırır.
BBN.az xəbər verir ki, “Bloomberg” mənbələrinə istinadən yazır ki, Rusiya neftinin idxalı genişmiqyaslı şəkildə davam edir, baxmayaraq ki, Vaşinqton Hindistandan Rusiya neftindən imtina etməsini tələb etmişdi.
Məlumatda bildirilir ki, son dövrlərdə Rusiyadan Hindistana neft tədarükü son iki ilin ən aşağı səviyyəsinə – təxminən gündə 1 milyon barelə düşüb. Bu, avqustun əvvəlində Hindistanın neft emalı zavodlarının alışlarını müvəqqəti dayandırması və Ukrayna PUA-larının Rusiya obyektlərinə zərbələrinin həcmlərə təsiri ilə bağlıdır.
Lakin mənbələr qeyd edirlər ki, yaxın aylarda tədarüklərin artması gözlənilir. Bunun səbəbləri arasında ABŞ-nin Hindistana təzyiqinin azalması da yer alır. Həmçinin, iki ölkə arasında aparılan danışıqlar vəziyyəti dəyişə bilər, lakin hələlik Hindistan hakimiyyəti neft emalı zavodlarından Rusiya neftindən imtina etmələrini tələb etmir.