“BMW” Çin bazarında mövqeyini möhkəmləndirir

Alman avtomobil istehsalçısı “BMW Group” çinli tərəfdaşı “Brilliance China Automotive Holdings” ilə şərikli təsis etdiyi “BMW Brilliance Automotive”-in 25%-lik səhmini alacağını açıqlayıb.

Daha öncədən şirkətin 50%-inə sahib olan “BMW” bu tranzaksiya nəticəsində 75%-lik paya sahib olacaq.

29 milyard yuan ( 4.16 milyard ABŞ dolları) məbləğində dəyərləndirilən tranzaksiyanın 2022-ci ildə tamamlanması gözlənilir.

“BMW Brilliance Automotive” şirkəti 2003-cü ildə Çində bəzi BMW modellərinin istehsalı üçün təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır