“Boa Agency ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

14 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  “Boa Agency” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

Bildirmək istərdik ki, “Boa Agency” ASC-nin “Bakı Fond Birjasi” QSC-də “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.

29 mart 2024-cü il tarixində “Boa Agency” ASC-nin ümumi dəyəri 110 000 (yüz on min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN Səhmlərin növü və forması Səhmlərin Sayı Nominal Dəyəri  

Yerləşdirmə  Forması

 

Yerləşdirmə

Tarixi

 

 

Anderrayter

 

AZ1001025407 Adi adlı  sənədsiz  səhm 110 000

(ədəd)

1

manat

 

Abunə yazılışı üsulu

 

 

29.03.2024

 

“Unicapital İ.Ş” ASC

 

Related posts

Rabitəbankın komissiyasız nağd pul krediti üzrə kampaniyası davam edir

atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə

“Rəqəmsal transformasiya və fintex” mövzusunda praktiki təlim keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı