BOKT “Effektinvest” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

8 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Effektinvest” MMC -nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Effektinvest” MMC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Ödəmə periodu  

 

Hərrac tarixi

Tədavül

müddəti

AZ2001025785 Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar 500

(ədəd)

1,000 manat 14% İldə günlərin sayı 360(üç yüz altmış) gün olaraq götürülməklə hər ay nağdsız qaydada  

 

 

15.05.2024

5 il

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

Bir Bonus lotereyasının qalibləri bəlli oldu

“KƏPƏZ BOKT” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Azad edilmiş ərazilərdə sahibkarlara 58 milyon manata yaxın kredit ayrılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı