BOKT “Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

17 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında BOKT “Embafinans” MMC-nin AZ2006020609 ISIN-li, 1,500,000 AZN həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Rəqabətli hərrac üsulu ilə keçirilən yerləşdirmə zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilmişdir.

            Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000.00 AZN olmuş və nominal qiymətlə yerləşdirilmiş həcmi 1,500,000.00 mln. AZN təşkil etmişdir.

            Ümumi həcmi 1,500,000 (bir milyon beş yüz min) manat olan istiqrazlarının tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 11% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq  1 (bir)  təqvim  ayından bir ödəniləcəkdir. İstiqrazların ödəmə tarixi 17 iyul 2021-ci ildir.

Yerləşdirmə üzrə anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış etmişdir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı