BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

21 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 28.08.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2037021022
İstiqrazların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
İllik gəlirlilik faizi 18%
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 3 il
Ticarətə buraxılma tarixi 28.08.2025
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

Related posts

“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“KƏPƏZ BOKT” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı