Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BOKT İnternational ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - BBN

BOKT İnternational ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

1 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” ASC-nin AZ2011021022 İSİN kodlu 1,000,000 (bir milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

19 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin  istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nininternet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2011021022 Faizli təmin edilməmiş sənədsiz adlı 1000

(ədəd)

1,000 manat 18% 60 ay 30 gündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

Yaxın Şərqdə Müharibə Böyüyür – ABŞ Birjaları Təzyiq Altında,Wall Street Qırmızıda!!

BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Asiya birjalarında tarif təşvişi: Honq Konq və Cənubi Koreya rekord qırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı