3 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2033021026 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
- Emitentin adı: BOKT “International” ASC
- Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2033021026
- İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz, adlı
- Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli hərrac
- İstiqrazların sayı: 10,000 ədəd
- İlkin ticarət qiyməti: 100 manat
- İstiqrazların buraxılış həcmi: 1,000,000 manat
- İllik gəlirlilik faizi: 15%
- Minimal qiymət: 100 (15.0000%) manat
- Maksimal qiymət: 100 (15.0000%) manat
- Kəsmə qiyməti: 100 (15.0000%) manat
- Ortaçəkili qiymət: 100 (15.0000%) manat
- İstiqrazların reallaşdırılmış həcmi: 1,000,000 manat
- İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1,000,000 manat
- İnvestor sayı: 50
- Sifariş sayı: 50
- Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 olaraq götürülməklə, hər 30 gündən bir ödənişlər həyata keçiriləcəkdir.
- Tədavül müddəti: 2 il
- Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC