Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BOKT "International" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır - BBN

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

7 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2034021025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 14.01.2026-ci il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı BOKT “International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2034021025
İstiqrazların növü və forması İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi / Rəqabətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 1,000,000 manat
İllik gəlirlilik faizi 15%
Minimal qiymət 100 (15.0000%) manat
Maksimal qiymət 100 (15.0000%) manat
Kəsmə qiyməti 100 (15.0000%) manat
Ortaçəkili qiyməti 100 (15.0000%) manat
İstiqrazların reallaşdırılmış həcmi 1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 manat
İnvestor sayı 50
Sifariş sayı 50
Ödəmə Periodu İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti 2 il
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı