BOKT “İnternational” QSC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında “BOKT “İnternational” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. 2 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

  BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan BOKT “İnternational” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır