Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BOKT "Viator Mikro Kredit Azərbaycan" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

25 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin tədavül müddəti 540 gün, nominal dəyəri 1000 manat olan AZ2006021532 dövlət qeydiyyat nömrəli, 500,000 (beş yüz min) manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 9 investor tərəfindən 1000 manat qiyməti ilə 9 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 14 %, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 18.07.2025-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “CPM Invest Investisiya Şirkəti” ASC-dir.

 

 

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı