Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Böyük Britaniya Bankı inflyasiyanın 11%-ə yüksələcəyini xəbər edib - BBN

Böyük Britaniya Bankı inflyasiyanın 11%-ə yüksələcəyini xəbər edib

Böyük Britaniyada qiymətlər son 40 ildə ilk dəfə sürətlə artmağa davam etməkdədir, buna benzin və ərzaq xərcləri səbəb olur.

BBN.az xəbər verir ki, ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, qiymət artımı iyuna qədər olan 12 ayda maydakı 9,1%-dən 9,4%-ə yüksəlib.

Benzinin artımı, gündəlik alınan məhsullara süd, pendir, yumurtaya da təsir edib. İnflyasiya qiymətlərin yüksəlmə sürətini göstərir, məsələn, əgər 1 şüşə südün qiyməti 1 funt-sterlinqdirsə, bir il əvvəlki ilə müqayisədə 15 sent artıbsa, südün inflyasiyası 15% təşkil edir. Ötən ay yanacağın qiymətində artım, Ukrayna müharibəsi və Avropa İttifaqqının Rusiya neftindən asılılığı azaltmaq səyləri səbəbinə görə baş verib. Orta statistik bir ingilis ailəsinə avtomobilin yanacaq çəninin doldurulması 100 funt sterlinqdən çox baha başa gəlir.

Həmçinin, ərzağın qiyməti də 2009-cu ilin martından bu yana sürətlə yüksəməkdədir. Süd, pendir, yumurtanın qiyməti iyunda ən yüksək həddə çatıb, tərəvəz, ət, hazır yeməklərin də qiyməti yüksəlib. 

Araşdırma şirkəti Kantar proqnozlaşdırır ki, bu il supermarket xərcləri orta hesabla 454 funt-sterlinq artacaq. Milli Statistika Komitəsinin məlumatında deyilir ki, iyunda restoran və yaşayış yerlərinin qiyməti də 8,6% artıb. 

Qeyd edək ki, Böyük Britaniyada inflyasiyanın dərəcəsi digər Avropa ölkələrindən yüksəkdir, məsələn son hesablamalara görə Almaniya üçün illik inflyasiya 8,2%, Fransa üçün 6,5%-dir, ABŞ-da isə iyunda cəmi 9,1%-ə çatıb.

Böyük Britaniya Bankı isə inflyasiya ilə mübarizə aparmaq üçün səylərini davam etdirir. Bankın rəsmisi Andrew Bailey deyib ki, avqustda keçiriləcək toplantıda faiz dərəcələrinə yenidən baxılacaq, 0,5% artırırlacaq və bu onları 1,75%-ə aparacaq.

Related posts

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

Azərbaycanda investisiya ilə bağlı yenilik

“Rəqəmsal avro Avropa iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı