Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib - BBN

Böyük Britaniya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Böyük Britaniya ilə biznes, investisiya və ticarət üzrə işbirliyinin möhkəmləndirilməsi müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdaysla görüşüb.

Görüşdə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb. Qeyd olunub ki, müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi üçün böyük potensial var. Ticarət elçisinə Azərbaycanın Mərkəzi Asiya regionu ilə səmərəli əməkdaşlığına dair məlumat verilib və birgə təşəbbüslərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər iqtisadi əməkdaşlığın gündəmində olan prioritet fəaliyyət istiqamətləri, o cümlədən, Birləşmiş Krallığın İxrac Maliyyəsi Departamenti (UKEF) ilə səmərəli əməkdaşlıq, enerji keçidi, insan kapitalının inkişafı, Ələt Azad İqtisadi Zonası və sənaye zonalarında investisiya imkanları, biznes, ticarət, yüksək texnologiyalar və rəqəmsal transformasiya üzrə birgə fəaliyyətin təşviqi barədə müzakirə aparıblar.

Related posts

“Minimum əmək haqqının avtomatik indeksasiyası sosial sabitliyin əsas təminatıdır” -EKSPERT DANIŞDI

İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır? – Açıqlama

İran–ABŞ müharibəsi qlobal indeksləri silkələdi: Asiya və ABŞ fyuçersləri enişdə, neft bahalaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı