Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Böyük Britaniya Rusiya neft-qaz şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirib - BBN

Böyük Britaniya Rusiya neft-qaz şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirib

Böyük Britaniya Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirərək ora bir neçə iri neft-qaz şirkətini daxil edib. Sanksiyalara “Tatneft” (MOEX: TATN), “Russneft”, “NNK-Oil” və “Russnefteqaz” məruz qalıb.

Məlumata görə, ümumilikdə sanksiya siyahısına 24 fiziki və hüquqi şəxs əlavə edilib. Böyük Britaniya hökumətinin rəsmi saytında dərc olunan bildirişdə qeyd olunur ki, siyahıya Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş “Saphira Energy” şirkəti, həmçinin “Redwood Global Supply” və “Tejarinaft” treydinq şirkətləri də daxil edilib.

Bununla yanaşı, bu gün Avropa İttifaqı (Aİ) də Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirib. Yeni məhdudiyyətlər Rusiyanın “kölgə donanması”na aid daha 41 gəmiyə şamil olunub.

Xatırladaq ki, Aİ oktyabr ayında Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edib. Həmin paket çərçivəsində Rusiya bankları, kriptovalyuta birjaları, eləcə də Hindistan və Çində fəaliyyət göstərən bir sıra təşkilatlar sanksiya siyahısına salınıb. Eyni zamanda “Rosneft” və “Qazprom Neft” şirkətləri ilə bağlı əməliyyatlara tətbiq olunan məhdudiyyətlər də sərtləşdirilib.

Related posts

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Qızıl Yenidən Rekord Həddə: İranla Gərginlik Qiymətləri 5 000 Dolların Üzərinə Qaldırdı

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşdı – Statistika

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı