Böyük Britaniya yeni Baş nazirini seçdi – İqtisadiyyatının qeyri-müəyyənliyi fonunda isə funt sterlinq enib

Cümə günü funt sterlinq dollar qarşısında enib, bu isə Böyük Britaniyanın iqtisadiyyatının qaranlıq üzünü göstərən hesabatların əldə edilməsindən sonra olub. Sterlinq Liz Truss-ın cümə axşamı Baş nazir postundan istefa verməsindən sonra 1.11 dollar enib. Lakin cümə günü axşamı isə məzənnə dollar qarşında 1.12 dollar dəyər əldə edib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, məzənnədə dəyişikliyin səbəbi odur ki, yeni əldə edilən hesabatlar göstərib ki, dövlətin kreditləri artır, bu isə sentyabrda qeydə alınan rekord göstərici hesab edilib. 

Həmçinin Milli Statistikalar Bürosunun məlumatına, əsasən insanlar pandemiyadan əvvəl ilə müqayisədə indi daha az alış edirlər. Sentyabrda riteyl satışları gözləniləndən daha çox enib, 1.4%, avqustdan bu yana azalma tendensiyasını davam etdirib. 

Ötən ay funt sterlinq dollar qarşısında rekord enmə nümayiş etdirmişdi, buna səbəb isə hökumətin mini-büdcə layihəsi fonunda kreditlərin həcminin kəskin artması olmuşdu. Hökumət onları necə ödəyəcəklərini demədən, böyük miqdarda vergi endirimləri sözü vermişdi. 

Qeyd edək ki, oktyabrın 24-də Böyük Britaniya özünün yeni Baş nazirini seçib, bu isə 42 yaşlı Rishi Sunak-dır, o ölkə siyasi tarixində bu posta seçilən ilk Avropa-Asiya mənşəli siyasətçidir. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı