Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Böyük Britaniyada ərzaq inflyasiyası son 45 ilin ən yüksək səviyyəsinə çatdı - BBN

Böyük Britaniyada ərzaq inflyasiyası son 45 ilin ən yüksək səviyyəsinə çatdı

Böyük Britaniyada illik inflyasiya 11.1%-ə çatıb, bu isə 1981-ci ilin oktyabrından bəri ən yüksək rəqəmdir.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu rəqəmlər Maliyyə naziri Jeremy Hunt-ın gözlənilən ictimai xərcləmələrin azaldılması və vergilərin artırılması bəyanatından öncə gəlib. 

Enerji və yanacağın qiymətinin artması ölkədə inflyasiyanı son 41 ilin, süd və pendirin qiymətinin artması isə ərzaq inflyasiyasını son 45 ilin ən yüksək səviyyəsinə çatdırıb. Belə ki, oktyabrda ərzaq qiymət inflyasiyası 16.2-ə çatıb, bu isə sentyabrdakı 14.5%-dən yüksəlib. 

Milli Statistikalar Bürosunun təxminlərinə, əsasən isə ödənişlərə dəstək olmasa, inflyasiya 13.8%-dən də yüksəyə arta bilər.

Related posts

Aİ enerji qiymətlərinin yüksək olmasından narahatdır

Avropa Mərkəzi Bankı ardıcıl üçüncü ildir ki, zərər açıqlayıb

Aİ ABŞ-dan ticarət müqaviləsinə əməl etməsini tələb edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı