Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Böyük Britaniyada müflisləşmə proqnozu narahatlıq doğurur - BBN

Böyük Britaniyada müflisləşmə proqnozu narahatlıq doğurur

Böyük Britaniyada yüksək faiz dərəcələri və borclanma xərcləri səbəbindən gələn il ümumilikdə 28 min şirkətin müflis ola biləcəyi bildirilir.

BBN.az xəbər verir ki, Mərkəzi ofisi Londonda olan İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) cari ilin ikinci rübündə cəmi 6342 şirkətin iflasa uğradığını şərh etmişdir. Lakin qurum cari vəziyyəti yenidən modelləşdirilməsindən sonra, 2024-ci il üçün proqnozunu artıraraq, bu ilin hər bir rübündə ölkədə 7 min şirkət olmaqla ümumilikdə 28 min şirkətin iflas riski ilə üzləşə biləcəyi elan etdi.

“Yüksək borclanma və iri miqyaslı investisiyaların gecikməsi səbəbindən şirkətlər iflas etməyə davam edəcək və nəticədə bu iqtisadiyyata ciddi təsirləri olacaq,”-deyə bildirilir.

İngiltərə hökumətinin iyul ayında açıqladığı məlumatlara görə, cari ilin ikinci rübündə ölkədə müflisləşən şirkətlərin sayı 6342 olmuşdur ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı