Böyük Britaniyada yeni bank yaradılıb

London mərkəzli “Zopa” Böyük Britaniyanın bankçılıq lisenziyasını alıb. Şirkət bankçılıq xidmətlərinə 2019-cu ildən başlayacağını açıqlayıb.

Şirkətin baş icraçı direktoru Jaidev Janardana açıqlamasında qeyd edib ki, lisenziyanın alınması “Zopa”-nın pərakəndə bankçılıq sektorunun başlıca brendinə çevrilməsi yolunda atılmış ilk addımdır.

Qeyd edək ki, “Zopa” şirkətinin əsası 2005-ci ildə qoyulub və cari ilədək yalnız qısamüddətli kreditlərin verilməsi ilə məşğul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır