Böyük Britaniyanın ən dəyərli şirkətləri hansılardır?

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə Birləşmiş Krallıq (UK) şirkətlərinin dəyərinə görə sıralamasını əks etdirən “UK 150” hesabatını dərc edib.

Hesabata istinadən, Böyük Britaniyanın ən bahalı şirkəti neft və qaz hasilatı üzrə ixtisaslaşan “Shell” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 10.6% artaraq, 32.9 milyard funt-sterlinq olub.

“Ernst&Young” şirkəti 39.8% bahalaşaraq, 18 milyard funt-sterlinq ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “BP” brendinin ümumi dəyəri isə 19.2% artaraq 17.6 milyard funt-sterlinq olub.

Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Vodafone” (16.6 milyard £) telekommunikasiya şirkətinə və “HSBC” (15.7 milyard £) bankına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır