BP-nin rüblük gəliri son 14 ildə ilk dəfə rekorda çatdı

Böyük Britaniyanın “Centrica” (yanvar-iyun, 1.3 milyard funt-sterlinq) və “Shell” (aprel-iyunda 10 milyard funt-sterlinq) enerji şirkətlərindən sonra, bazarın digər nəhəngi BP də 2022-ci ilin ikinci rübü ilə bağlı gəlirlərini açıqlayıb və cari ilin aprel-iyun periodunda 6.95 milyard funt-sterlinq (8.45 milyard dollar-red.) qazanıb.

BBN.az xəbər verir ki, Good Morning Britain TV proqramına, əsasən bu rəqəm BP üçün son 14 ildə ilk dəfə ən böyük rüblük göstəricidir.

BP ilə bağlı son rəqəmlər 2008-ci ildən bu yana ən yüksək rüblük göstəricidir və proqnozlar isə 5.6 milyard funt-sterlinq, yaxud 6.8 milyard dollar idi.

Böyük Britaniyanın Parlament üzvi, siyasətçi, potensial Baş nazir namizədi Rishi Sunak deyib ki, növbəti 12 ay üçün enerji şirkətlərinin gəlirləri üzərində 25%-lik vergi (windfall tax-əgər şirkət gözlənilmədən böyük gəlir əldə edirsə hökumət əlavə vergi təyin edir-red.) qoyulacaq. 

BP-nin CEO-su Bernard Looney bu gün açıqlanan rüblük hesabat ilə bağlı bunları deyib: “Bugünkü nəticələr göstərir ki, BP transformasiya dövründə də fəaliyyətini davam etdirib. İnsanlarımız enerji üçlüyü problemini – təhlükəsiz, sərfəli və aşağı karbon enerjisini həll etmək üçün rüb ərzində çox çalışmağa davam ediblər”. 

Ölkənin Milli Statistika Komitəsinin məlumatına, əsasən inflyasiyanı yüksəldən ən böyük amillərdən biri neft və təbii qazın qiymətlərinin yüksəlməsidir.

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

“İxrac icmalı”nın mart sayı açıqlanıb

Yanvar-Mart aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı