Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BP ötən il Azərbaycanda sosial layihələrə xərclərini artırıb - BBN

BP ötən il Azərbaycanda sosial layihələrə xərclərini artırıb

2025-ci ilin sonunda bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 2,4 milyon dollar vəsait xərcləyiblər. Bu, 2024-cü illə müqayisədə 0,9 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur. 

BBN.az bu barədə BP-nin 2025-ci ilin yekunlarına dair hesabatına istinadən xəbər verir.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ötən il ərzində təxminən 1,8 milyon dollar vəsait xərcləyib.

Bunlara hazırda davam edən 24 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə, ölkədə idmanı təbliğ edən 2 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 14 konfrans və seminara dəstək, yəni ümumilikdə 47 layihə daxildir.

Related posts

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq

Bələdiyyələrin büdcə gəlirləri artıb

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı