BP bu ilin yayında Azəri-Çıraq-Günəşli yataqlar blokunun dərin laylarında yerləşən qaz ehtiyatlarının hasilatına başlamağı planlaşdırır.
Bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Giovanni Cristofoli keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, şirkət artıq bu istiqamətdə hazırlıq işlərini tamamlayır və yay aylarında layihə çərçivəsində qaz hasilatına start verilməsi nəzərdə tutulur.
“Biz bu yay AÇG-də dərin laylardan qaz hasilatına başlamağı planlaşdırırıq”, – deyə o bildirib.
C.Kristofoli qeyd edib ki, yatağın dərin qatlarında çıxarıla bilən qaz ehtiyatları təxminən 4 milyard kubmetr həcmində qiymətləndirilir.