Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

14 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin ümumi dəyəri 10 000 000 ( on milyon ) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

28 oktyabr 2021-ci il tarixində Bravo Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal DəyəriTicarətə buraxlma tarixiİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2001023525Faizli təmin edilməmiş sənədsiz adlı10,000 (ədəd)1,000 manat25.10.202110.5%3 ilHər 3 (təqvim)  ayından bir

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC -dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.

Related posts

Investorlar texnologiya zəifləməsi və mərkəzi bank qərarlarını izləyir

Texnologiya sektorundakı narahatlıqlar fond bazarlarını zəiflədir, diqqət mərkəzi banklardadır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri-10.12.2025

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı