Braziliya və Argentina ortaq valyuta yarada bilər

Cənubi Amerikanın ən böyük iki iqtisadiyyatı gələcəkdə peso real adlanan ortaq valyutanı istifadəyə verə bilər. Belə ki, bu barədə Braziliyanın “Globo” xəbər agentliyi məlumat yayıb. Yayılan məlumata görə, Braziliya prezidentinin Buenos-Ayresdə Argentina prezidenti ilə görüşü zamanı ortaq valyutanın yaradılması məsələsi müzakirə olunub.

Braziliya Mərkəzi Bankı (BCB) bu barədə açıqlamasında, hal-hazırda bu yöndə heç bir layihə və ya tədqiqatların olmadığını bildirib. Hər iki ölkənin iqtisadçıları isə bu məsələ ilə bağlı şübhəlidirlər. Bəzi iqtisadçılara görə bu layihənin tətbiqi üçün köklü islahatlar həyata keçirilməlidir, digərləri isə bu layihənin hiperinflyasiyaya səbəb olacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır