Brent nefti 1,7% ucuzlaşıb

Neft qiymətləri ABŞ-da aktiv qazılan neft quyularının sayının artması ilə əlaqədar olaraq düşüb.

Baker Hughes Inc.-ın internet saytından verilən məlumata görə, ABŞ-da qazılan neft quyularının sayı ötən həftə 10 artaraq 351-ə çıxıb və 15 Apreldən bu yana ən yüksək səviyyəsinə çatıb.

Qiymətlərin 50 dollara yaxınlaşması Amerikalı neft istehsalçıların qazma quyularını təkrar aktivləşdirmələrinə səbəb olub. Bu vəziyyətin hasilatdakı azalmanı dayandıracağı gözlənilir.

Analitiklər bildirirlər ki,qazılan quyularını sayı artanda neft qiymətlərində zəifləmə görəcəyik, çünki artan hasilat nəticəsində təklif tələbi üstələyəcəkdir.

Bakı vaxtı ilə saat 12:00-a olan məlumata görə, Brent nefti 1,7% ucuzlaşma ilə bareli 45,95 dollardan alıcı tapıb.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır