ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 4,22% azalaraq 1 barrelə görə 72.84 ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barrelinin qiyməti isə 4.47% azalaraq 1 barrelə görə 68.57 ABŞ dolları olub.