Brent və WTI xam neftinin qiyməti artıb

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.22 dollar, yaxud 0.28% artaraq 78.96 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.21 dollar, yaxud 0.25% yüksələrək 82.95 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 1.42% artaraq 2.72 dollara ticarət edilir.

Qeyd edək ki, “Goldman Sachs”ın ekspertləri neftin qiyməti ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb. İnvestisiya bankı proqnoz edir ki, Brent xam neftinin qiyməti 80 dollardan yuxarı qalxacaq və ilin sonuna qədər isə 86 dollara çatacaq. Bankın proqnozuna əsasən hazırda xam neftə olan rekord tələb qiymətləri qısamüddətli dövr üçün yüksəldib.

Related posts

AMB cari ilin 11 ayı üzrə STATİSTİK BÜLLETENini yayımlayıb

Özbəkistan Respublikası Milli Bankının nümayəndə heyəti Mərkəzi Bankda təcrübə mübadiləsində iştirak edib

ABB istiqrazları tam həcmdə uğurla yerləşdirildi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı