Brent və WTI xam neftinin qiyməti enib

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI (Qərbi Texas) xam neftinin 1 barrel-ə görə qiyməti 0.07 dollar, yaxud 0.09% enərək 80.65 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.19 dollar, yaxud 0.22% azalaraq 84.27 dollara satılır. Təbii qazın qiymətləri isə 0.04 dollar, yaxud 1.67% azalaraq 2.59 dollara ticarət edilir.

Qeyd edək ki, “Goldman Sachs”ın ekspertləri neftin qiyməti ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb. İnvestisiya bankı proqnoz edir ki, Brent xam neftinin qiyməti 80 dollardan yuxarı qalxacaq və ilin sonuna qədər isə 86 dollara çatacaq. Bankın proqnozuna əsasən hazırda xam neftə olan rekord tələb qiymətləri qısamüddətli dövr üçün yüksəldib.

Related posts

Unibank biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Yanvar-fevral aylarında 8,1 milyard kubmetr təbii qaz hasil edilib