Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.23 dollar, yaxud 0.34% enərək 68.38 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.26 dollar, yaxud 0.35% azalaraq 72.98 dollara satılır. Təbii qazın qiymətləri isə 0.05 dollar, yaxud 2.03% azalaraq 2.26 dollara ticarət edilir.
Qeyd edək ki, İsrail-Fələstin müharibəsinin başlanğıcında xam neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.