Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.07 dollar, yaxud 0.09% enərək 74.79 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.06 dollar, yaxud 0.08% azalaraq 79.92 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01dollar, yaxud 0.43% azalaraq 2.78 dollara ticarət edilir.
Qeyd edək ki, İsrail-Fələstin müharibəsinin başlanğıcında xam neftin qiymətləri 4%-dən çox bahalaşmışdı.