Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 3.50 dollar, yaxud 4.63% bahalaşaraq 79.17 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 3.74 dollar, yaxud 4.68% artaraq 83.63 dollara satılır. Təbii qazın qiymətləri isə 0.13 dollar, yaxud 5.82% enərək 2.09 dollara ticarət edilir.
Qeyd edək ki, 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.