Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Brent xam neftinin qiyməti 80 dollara yaxınlaşır - BBN

Brent xam neftinin qiyməti 80 dollara yaxınlaşır

Crude Oil, Cooking Oil, Fossil Fuel, Garbage, Oil Drum

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.02 dollar, yaxud 0.03% enərək 74.13 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.04 dollar, yaxud 0.05% azalaraq 78.46 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.07% yüksələrək 2.54 dollara ticarət edilir.

Əlavə edək ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 1,14 dollar, yaxud 1,36% azalaraq 82,96 dollar təşkil edib. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin sentyabr fyuçersləri 78,5 dollara satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 dollardan hesablanıb.

Qeyd edək ki, xam neft ilə bağlı yenilənmiş proqnoz göstərir ki, 2023-cü ilin ikinci yarısında Brent neftinin qiyməti orta hesabla 79 dollara satılacaq. 2024-cü ildə isə 84 dollar olacaq.

Related posts

BP yayda AÇG-nin dərin laylarından qaz hasilatına başlamağı planlaşdırır

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Xalq Bankdan 8 Mart kampaniyaları

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı