

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.25 dollar, yaxud 0.32% artaraq 78.40 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.26 dollar, yaxud 0.32% yüksələrək 82.30 dollara satılır. Təbii qazın qiymətləri isə 0.01 dollar, yaxud 0.66% enərək 1.94 dollara ticarət edilir.