Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.51 dollar, yaxud 0.63% bahalaşaraq 80.93 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.51 dollar, yaxud 0.60% artaraq 85.44 dollara satılır. Təbii qazın qiymətləri isə 0.05 dollar, yaxud 2.48% yüksələrək 2.15 dollara ticarət edilir.
Qeyd edək ki, 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.