“Brent”in qiyməti noyabrın 8-dən bəri ilk dəfə 75 dolları ötüb

“Brent” markalı neftin Londonun “ICE” birjasında gələn ilin yanvar fyuçerslərinin qiyməti noyabrın 8-dən bəri ilk dəfə bir barel üçün 75 dolları ötüb. Hazırda 75.17 dollara ticarət edilir, Qərbi Texas nefti isə 71.24 dollara satılır.

BBN.az-ın məlumatına görə bu barədə ticarət platformasında məlumat verilib.

Saat 19:43-ə olan birja məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti 0,87 faiz artaraq 75,02 dollar/barel təşkil edib.

Saat 19:45 üçün “Brent” qiymətində artım sürəti azalıb və 75,01 dollar (+0,86 faiz) təşkil edib. Eyni zamanda, “WTI” markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir barel üçün 71,16 dollar təşkil edib.

Related posts

Azərbaycan, Qazaxıstan, Özbəkistan AİB və AİİB ilə “Xəzər Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq edəcəklər

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb

Zakir Nuriyev: “35 ildə əldə etdiyimiz nəticələr birgə əməkdaşlıq və davamlı inkişaf göstəricisidir”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı